AİF-in təmin edilmiş istiqrazlarının növbəti emissiyası dövlət qeydiyyatına alınmışdır
19 noyabr 2010-cu il tarixdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun Təmin edilmiş istiqrazlarının
emissiya prospekti qeydiyyata alınmışdır.
Emissiyanın əsas parametrləri aşağıdakılardır:
- Dövlət qeydiyyat nömrəsi - AZ200300868
- Qiymətli kağızın növü - təmin edilmiş, faizli;
- Qiymətli kağızın forması - sənədləşdirilməmiş, adlı;
- Buraxılışın həcmi - 60 000 000 (altmış milyon) manat;
- İstiqrazların sayı - 60 000 (altmış min) ədəd;
- Bir istiqrazın nominal dəyəri - 1 000 ( bir min) manat;
- Tədavül müddəti - buraxılışda olan ilk istiqrazın yerləşdirilmə tarixindən etibarən 7 il;
- İstiqrazlar üzrə illik faiz dərəcəsi - 3 (üç) %.