AİF-in təmin edilmiş istiqrazlarının növbəti emissiyası dövlət qeydiyyatına alınmışdır
16 yanvar 2012-ci il tarixdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun Təmin edilmiş istiqrazlarının emissiya prospekti qeydiyyata alınmışdır.
Emissiyanın əsas parametrləri aşağıdakılardır: - Dövlət qeydiyyat nömrəsi - AZ200500868 - Qiymətli kağızın növü - təmin edilmiş, faizli; - Qiymətli kağızın forması - sənədləşdirilməmiş, adlı; - Buraxılışın həcmi - 30 000 000 (otuz milyon) manat; - İstiqrazların sayı - 30 000 (otuz min) ədəd; - Bir istiqrazın nominal dəyəri - 1 000 ( bir min) manat; - Tədavül müddəti - buraxılışda olan ilk istiqrazın yerləşdirilmə tarixindən etibarən 10 il; - İstiqrazlar üzrə illik faiz dərəcəsi - 3 (üç) %.