AİF-in təmin edilmiş istiqrazlarının növbəti emissiyası dövlət qeydiyyatına alınmışdır
21 dekabr 2012-ci il tarixdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun Təmin edilmiş istiqrazlarının emissiya prospekti qeydiyyata alınmışdır.
Emissiyanın əsas parametrləri aşağıdakılardır: - Dövlət qeydiyyat nömrəsi - AZ2006008687 - Qiymətli kağızın növü - təmin edilmiş, faizli; - Qiymətli kağızın forması - sənədləşdirilməmiş, adlı; - Buraxılışın həcmi - 40 000 000 (qırx milyon) manat; - İstiqrazların sayı - 40 000 (qırx min) ədəd; - Bir istiqrazın nominal dəyəri - 1 000 ( bir min) manat; - Tədavül müddəti - buraxılışda olan ilk istiqrazın yerləşdirilmə tarixindən etibarən 10 il; - İstiqrazlar üzrə illik faiz dərəcəsi - 3 (üç) %.