27 yanvar 2017-ci il tarixində “Bakı Fond Birjası” QSC-də "Azərbaycan İpoteka Fondu" ASC-nin 10 000 000 manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. İstiqrazlar nominal dəyərlə satışa çıxarılacaqdır.
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Azərbaycan İpoteka Fondu" ASC-nin adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 21 noyabr 2016-cı il tarixində qeydə alınmışdır. Emissiyanın ümumi həcmi 50 000 000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcəkdir.
Hər ay üçün ödəniləcək məbləğ, faizlər və əsas borc
Ödəniş nömrəsi | Ödəniş tarixi | Ödəniş məbləği | Əsas borcun ödənişi | Faizin ödənişi | Kreditin qalığı |
---|
Hissəvi zəmanət haqları üzrə ay-ay hesablanmış məbləğlər
# | Tarix | Zəmanət haqqı |
---|
# | Ödəniş tarixi | Cəmi ödənişin məbləği | Borcalanın aylıq ödənişi | Əsas borcun ödənişi | Bank %-in ödənişi | Subsidiya %-in ödənişi | Kreditin qalığı |
---|
...