Azərbaycan İpoteka Fondunun “İpoteka kreditlərinin əhalinin yaşayış sahəsinin yaxşılaşdırılmasında rolu†mövzusunda təqdimat mərasimi
Azərbaycan Respublikasının Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondunun “İpoteka kreditlərinin əhalinin yaşayış sahəsinin yaxşılaşdırılmasında rolu” mövzusunda təqdimat mərasiminə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Dəyirmi masanı giriş sözü ilə açan Milli Məclisin İqtsadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə Azərbaycanda ipoteka kreditləşməsinin başlanılmasını əlamətdar hadisə kimi qeyd etmişdir. Azərbaycan İpoteka Fondunun İcraçı direktoru Faiq Məmmədov “ İpoteka kreditlərinin əhalinin yaşayış sahəsinin yaxşılaşdırılmasında rolu” mövzuda təqdimat keçirmişdir.
Müzakirələrdə Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin sədri
Elman Rüstəmov Azərbaycan Milli Bankı tərəfindən ipoteka kreditləşməsi sisteminin yaradılması və inkişaf etdirilməsi istiqamətində görülmüş işlər barədə ətraflı məlumat vermişdir. İqtsadi siyasət daimi komissiyasının iclasında Milli Məclisin deputatları, Gənclər və İdman naziri, İqtisadi İnkişaf, Ədliyyə, Maliyyə, Müdafiyə nazirliklərinin nümayyəndələri, eyni zamanda bir sıra müvəkkil kredit təşkilatlarının və akreditə olunmuş sığorta şirkətlərinin nümayyəndələri iştirak etmişdir.