Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti yerləşdirilməsi baş tutmuşdur Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti yerləşdirilməsi baş tutmuşdur

Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti yerləşdirilməsi baş tutmuşdur

      Azərbaycan İpoteka Fondunun Mətbuat Xidməti bildirir ki, 15 fevral 2010-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 75 mln. manat təşkil edən, AZ200200868 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz istiqrazlarının növbəti 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar cari qiymətlə satışa çıxarılmışdır.

      Hərracda 4 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi (3 mln. manat) təqribən üç dəfəyə yaxın üstələyərək 8 044 155 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir.

      Beləliklə, dövriyyəyə buraxılmış istiqrazların həcmi 9 mln. manata çatmışdır.