Azərbaycan İpoteka Fondunun Mətbuat Xidmətinin məlumatı Azərbaycan İpoteka Fondunun Mətbuat Xidmətinin məlumatı

Azərbaycan İpoteka Fondunun Mətbuat Xidmətinin məlumatı

 Azərbaycan İpoteka Fondunun Mətbuat Xidmətinin məlumatı


 
Azərbaycan İpoteka Fondunun Mətbuat xidməti bildirir ki, 1 iyun 2009-cu il tarixindən ölkədə ipoteka kreditləşməsi bərpa olunduqdan sonra 600   nəfərə yaxın vətandaşa ümumi həcmi 25 mln.manat təşkil edən ipoteka krediti verilmişdir. Beləliklə, 2006-cı ilin mart ayından başlayaraq Azərbaycan İpoteka Fondunun xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 100 mln.manatı keçmişdir. Nəticədə 2600-ə yaxın ailə ipoteka kreditləri hesabına öz yaşayış-mənzil şəraitinin yaxşılaşdırılmasına və sosial ehtiyaclarının ödənilməsinə nail olmuşdur. 

Göründüyü kimi, AİF-in xətti ilə müvəkkil kredit təşkilatları tərəfindən əhalinin  ipoteka kreditləri ilə təmin edilməsi stabil və aktiv şəkildə davam edir.