Azərbaycan İpoteka Fondunun təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi baş tutmuşdur
14 iyul 2009-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun AZ200100868 dövlət qeydiyyat nömrəli təmin edilmiş istiqrazlarının növbəti 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar cari qiymətlə satışa çıxarılmışdır.
Hərracda 4 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi 3 dəfədən çox üstələyərək 15 973 000 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm (5 mln. manat) tam yerləşdirilmişdir. Bu istiqrazların ilk yerləşdirilməsi 16 iyun 2009-cu il tarixində baş tutmuşdur və hərracda 15 000 000 manat həcmində istiqraz yerləşdirilmişdir.
Beləliklə, dövriyyəyə buraxılmış təmin edilmiş istiqrazların həcmi 20 mln.manata çatmışdır.