Azərbaycan İpoteka Fondunun təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi baş tutmuşdur Azərbaycan İpoteka Fondunun təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi baş tutmuşdur

Azərbaycan İpoteka Fondunun təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi baş tutmuşdur

   31 may 2011-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 60 mln. manat təşkil edən, AZ200300868 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar cari qiymətlə satışa çıxarılmışdır.

   Hərracda 4 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi (5 mln. manat) dəfələrlə üstələyərək 35 013 000 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir.