08 oktyabr 2009-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 55 mln. manat təşkil edən, AZ200100868 dövlət qeydiyyat nömrəli təmin edilmiş istiqrazların növbəti 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar cari qiymətlə satışa çıxarılmışdır.
Hərracda 8 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi (5 mln. manat) üstələyərək 7 995 240 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir. Beləliklə, dövriyyəyə buraxılmış təmin edilmiş istiqrazların həcmi 38 mln. manata çatmışdır.
Qeyd etmək lazımdır ki, bu günədək Fondun təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə keçirilmiş hərraclarda tələb təklifi təqribən 2 dəfə üstələyərək 68,6 mln.manat təşkil etmişdir. Bu göstərici investorlar tərəfindən təmin edilmiş istiqrazlara böyük marağın olmasını təsdiq edir. Eyni zamanda maliyyə bazarında yeni alət olmasına baxmayaraq, artıq bu istiqrazların təkrar bazarda da aktiv dövriyyəsi müşahidə olunur.
Hər ay üçün ödəniləcək məbləğ, faizlər və əsas borc
Ödəniş nömrəsi | Ödəniş tarixi | Ödəniş məbləği | Əsas borcun ödənişi | Faizin ödənişi | Kreditin qalığı |
---|
Hissəvi zəmanət haqları üzrə ay-ay hesablanmış məbləğlər
# | Tarix | Zəmanət haqqı |
---|
# | Ödəniş tarixi | Cəmi ödənişin məbləği | Borcalanın aylıq ödənişi | Əsas borcun ödənişi | Bank %-in ödənişi | Subsidiya %-in ödənişi | Kreditin qalığı |
---|
...