Azərbaycan İpoteka Fondunun yeni istiqrazlarının ilk yerləşdirilməsi baş tutmuşdur Azərbaycan İpoteka Fondunun yeni istiqrazlarının ilk yerləşdirilməsi baş tutmuşdur

Azərbaycan İpoteka Fondunun yeni istiqrazlarının ilk yerləşdirilməsi baş tutmuşdur

      Azərbaycan İpoteka Fondunun Mətbuat Xidməti bildirir ki, 1 fevral 2010-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 75 mln. manat təşkil edən, AZ200200868 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz istiqrazlarının yerləşdirilməsinə başlanılmışdır və ilkin olaraq 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar nominal dəyərlə satışa çıxarılmışdır.

      Hərracda 5 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi (3 mln. manat) üç dəfədən çox üstələyərək 9 593 000 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir.

      Qeyd etmək lazımdır ki, ipoteka kreditlərinə formalaşan tələbdən asılı olaraq bu istiqrazların yerləşdirilməsi davam etdiriləcək.