Azərbaycan İpoteka Fondunun yeni təmin edilmiş istiqrazlarının ilk yerləşdirilməsi baş tutmuşdur Azərbaycan İpoteka Fondunun yeni təmin edilmiş istiqrazlarının ilk yerləşdirilməsi baş tutmuşdur

Azərbaycan İpoteka Fondunun yeni təmin edilmiş istiqrazlarının ilk yerləşdirilməsi baş tutmuşdur

04 oktyabr 2011-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 20 mln. manat təşkil edən, AZ200400868 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının yerləşdirilməsinə başlanılmışdır və ilkin olaraq 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar nominal dəyərlə satışa çıxarılmışdır.

Hərracda 2 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi üstələyərək 3 298 000 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir.