Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun ipoteka istiqrazlarının 60 mln. manatlıq emissiyasının üçüncü tranşının yerləşdirilməsi Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun ipoteka istiqrazlarının 60 mln. manatlıq emissiyasının üçüncü tranşının yerləşdirilməsi

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun ipoteka istiqrazlarının 60 mln. manatlıq emissiyasının üçüncü tranşının yerləşdirilməsi

11 oktyabr 2018-ci il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 20,000 000 manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. İstiqrazlar 1 003.6667 manat qiyməti ilə satışa çıxarılacaqdır.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 02 avqust 2018-ci il tarixində qeydə alınmışdır. Emissiyanın ümumi həcmi 60,000,000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Buraxılışın 20,000,000 manat təşkil edən ilk emissiyası cari ilin 28 avqust  tarixində yerləşdirilmişdir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.