Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının 100 mln. manatlıq emissiyasının ilk tranşı yerləşdiriləcək Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının 100 mln. manatlıq emissiyasının ilk tranşı yerləşdiriləcək

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının 100 mln. manatlıq emissiyasının ilk tranşı yerləşdiriləcək

14 mart 2024-cü il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 40 000.000 manat həcmində sənədsiz adlı, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılacaq.

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun sənədsiz adlı, faizli ipoteka istiqrazlarının Baza emissiya prospekti 13 fevral 2024-cü il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 000 000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə illik faiz dərəcəsi 3% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitar və Reyestrsaxlayıcı xidmətlər Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.