Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının 45 mln. manatlıq emissiyası yerləşdiriləcək Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının 45 mln. manatlıq emissiyası yerləşdiriləcək

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının 45 mln. manatlıq emissiyası yerləşdiriləcək

26 dekabr 2022-ci il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 45 000.000 manat həcmində sənədsiz adlı, faizli təmin edilmiş ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılacaq.

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun sənədsiz adlı, faizli təmin edilmiş ipoteka istiqrazlarının Emissiya prospekti 21 dekabr 2022-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 45 000 000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə illik faiz dərəcəsi 3% təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitar və Reyestrsaxlayıcı xidmətlər Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.