Məlum olduğu kimi, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2023-cü il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılmışdır.
Adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna 1 fevral 2023-cü il saat 10:00-dan, güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna isə 2 fevral 2023-cü il saat 10:00-dan başlanılmışdır.
Vətəndaşlardan müraciətlərin qəbulu Elektron Hökumət (www.e-gov.az) portalında yerləşən “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən, hər kəsə bərabər şərait yaradılmaqla, real vaxt rejimində həyata keçirilmiş və bu zaman sistemin fəaliyyətində heç bir texniki nasazlıq və kənar müdaxilə halı müşahidə edilməmişdir.
Qeyd edək ki, İpoteka kreditləri üzrə əvvəlki dövrlə müqayisədə daha çox müraciətlərin olmasını nəzərə alaraq “Elektron ipoteka və kredit zəmanət” sistemindən istifadənin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları ilə birgə elektron xidmətin təhlükəsizlik auditi üzrə yoxlamalar həyata keçirilmiş və dayanıqlı fəaliyyəti üçün informasiya sistemində optimizasiya işləri aparılmışdır.
Adi ipoteka kreditləri üzrə vətəndaşlardan 1770 müraciət daxil olmuşdur. Güzəştli ipoteka kreditləri üzrə isə 641 müraciət qeydə alınmışdır. Əvvəlki illərdə olduğu kimi, ipoteka kreditləşməsi üzrə müraciətlərin qəbulu və digər proseslər mövcud qanunvericiliyə və Fondun daxili qaydalarına uyğun olaraq davam etdirilir.
Hər ay üçün ödəniləcək məbləğ, faizlər və əsas borc
Ödəniş nömrəsi | Ödəniş tarixi | Ödəniş məbləği | Əsas borcun ödənişi | Faizin ödənişi | Kreditin qalığı |
---|
Hissəvi zəmanət haqları üzrə ay-ay hesablanmış məbləğlər
# | Tarix | Zəmanət haqqı |
---|
# | Ödəniş tarixi | Cəmi ödənişin məbləği | Borcalanın aylıq ödənişi | Əsas borcun ödənişi | Bank %-in ödənişi | Subsidiya %-in ödənişi | Kreditin qalığı |
---|
...