Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun “Avtomatlaşdırılmış Baş Mühasibat Uçotu Sistemi”nin yenilənməsi ilə bağlı mal və xidmətlərin satın alınmasına dair Açıq tender ilə bağlı müddətlərdə aşağıdakı dəyişikliklər edilmişdir:
Tender üzrə ilkin sənədlər 27 avqust 2018-ci il saat 18.00-dək, təklif zərfləri və təklifin təminatı isə 06 sentyabr 2018-ci il saat 18.00-dək Fondun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcəkdir. Tender zərfləri 07 sentyabr 2018-ci il saat 15.00–da Fondun inzibati binasında açılacaqdır.
Təklifin qüvvədə olma müddəti 19 oktyabr 2018-ci il, təklifin təminatının qüvvədə olma müddəti 03 dekabr 2018-ci il tarixinədək olması müəyyən edilmişdir.
Açıq tender ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (133) nömrəli telefona zəng etmək olar.
Açıq tender komissiyası
Hər ay üçün ödəniləcək məbləğ, faizlər və əsas borc
Ödəniş nömrəsi | Ödəniş tarixi | Ödəniş məbləği | Əsas borcun ödənişi | Faizin ödənişi | Kreditin qalığı |
---|
Hissəvi zəmanət haqları üzrə ay-ay hesablanmış məbləğlər
# | Tarix | Zəmanət haqqı |
---|
# | Ödəniş tarixi | Cəmi ödənişin məbləği | Borcalanın aylıq ödənişi | Əsas borcun ödənişi | Bank %-in ödənişi | Subsidiya %-in ödənişi | Kreditin qalığı |
---|
...