Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu aşağıdakı satınalmanın müddətinin uzadılmasını elan edir Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu aşağıdakı satınalmanın müddətinin uzadılmasını elan edir

Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu aşağıdakı satınalmanın müddətinin uzadılmasını elan edir

Azərbaycan İpoteka Fondu üçün dəftərxana, azqiymətli və təsərrüfat mallarının alınması ilə bağlı 31 yanvar 2014-cü il tarixdə elan edilmiş təkliflər sorğusunun müddəti uzadılmışdır.

Satınalma üzrə ilkin sənədlər 10 aprel 2014-cü il saat 18.00-dək, təklif zərflərinin  isə 22 aprel 2014-cü il saat 18.00-dək Azərbaycan İpoteka Fondunun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında mühafizə polisi tərəfindən qəbul ediləcəkdir. Məsələ üzrə zərflər 23 aprel 2014-cü il saat 15.00–da Azərbaycan İpoteka Fondunun inzibati binasında açılacaqdır.

Məsələlərlə bağlı əlavə məlumat almaq üçün 441-24-23 nömrəli telefona zəng etməklə əlaqələndirici şəxs Nicat Rzayevə (daxili nömrə 151) müraciət etmək olar.

Satınalmalar Komissiyası