Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən avtonəqliyyat vasitəsinin satın alınması ilə
bağlı açıq tender
üsulunu tətbiq etməklə keçirilən elektron satınalmanın müddətlərində
aşağıdakı dəyişikliklər edilmişdir:
"Dövlət satınalmaları
haqqında" Azərbaycan Respublikasının Qanununun 30.2-ci maddəsinə uyğun
olaraq Satınalmalar komissiyası tərəfindən açıq tenderin müddəti uzadılmışdır.
Satınalma
üzrə ilkin sənədlərin təqdim edilmə tarixi 10
avqust 2023-cü il saat 10.00-dək, tender təklif və təklifin təminatı 18 avqust 2023-cü il saat 18.00-dək dövlət satınalmalarının vahid internet portalı
vasitəsilə elektron qaydada qəbul ediləcəkdir. Təklif zərfləri 21 avqust 2023-cü il saat 10.00-da dövlət satınalmalarının vahid internet portalı
vasitəsilə elektron qaydada açılacaqdır.
Təklifin
qüvvədə olma müddəti 2 oktyabr 2023-cü il,
təklifin təminatının qüvvədə olma müddəti 15 noyabr 2023-cü il
tarixinədək müəyyən
edilmişdir.
Satınalma ilə bağlı əlavə məlumat almaq üçün əlaqələndirici şəxs: Fərid Əsgərov (+99412) 441-24-23 (daxili 111).
Satınalmalar komissiyası
Hər ay üçün ödəniləcək məbləğ, faizlər və əsas borc
Ödəniş nömrəsi | Ödəniş tarixi | Ödəniş məbləği | Əsas borcun ödənişi | Faizin ödənişi | Kreditin qalığı |
---|
Hissəvi zəmanət haqları üzrə ay-ay hesablanmış məbləğlər
# | Tarix | Zəmanət haqqı |
---|
# | Ödəniş tarixi | Cəmi ödənişin məbləği | Borcalanın aylıq ödənişi | Əsas borcun ödənişi | Bank %-in ödənişi | Subsidiya %-in ödənişi | Kreditin qalığı |
---|
...