Dekabrın 25-də Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun təşkilatçılığı ilə media nümayəndələri arasında ölkəmizdə həyata keçirilən yaşayış maliyyəsi və sahibkarlığa dəstək alətləri barərə məlumatlılıq səviyyəsinin artırılması məqsədi ilə birgünlük təlim keçirilib.
Təlim iştirakçılarına Azərbaycan Respublikasında əhalinin mənzil təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mexanizmi barədə ətraflı məlumat verilib, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Bildirilib ki, həm ipoteka kreditləşməsi, həm də satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə ümumilikdə 60 minə yaxın ailə özünün mənzil şəraitini yaxşılaşdırıb ki, onların da 70%-dən çoxunu gənclər təşkil edir.
Media nümayəndələrinə həmçinin İpoteka və Kredit Zəmanət Fondunun həyata keçirdiyi sahibkarlığa dəstək alətləri təqdim edilib. Bildirilib ki, indiyədək Fondun zəmanəti ilə sahibkarlara 540 milyon manatdan çox biznes krediti verilib ki, onların da hesabına 7 minə yaxın yeni iş yerinin açılması nəzərdə tutulub.
Təlimin sonunda media nümayəndələrinə sertifikatlar təqdim edilib.
Hər ay üçün ödəniləcək məbləğ, faizlər və əsas borc
Ödəniş nömrəsi | Ödəniş tarixi | Ödəniş məbləği | Əsas borcun ödənişi | Faizin ödənişi | Kreditin qalığı |
---|
Hissəvi zəmanət haqları üzrə ay-ay hesablanmış məbləğlər
# | Tarix | Zəmanət haqqı |
---|
# | Ödəniş tarixi | Cəmi ödənişin məbləği | Borcalanın aylıq ödənişi | Əsas borcun ödənişi | Bank %-in ödənişi | Subsidiya %-in ödənişi | Kreditin qalığı |
---|
...