İpoteka və Kredit Zəmanət Fondu 2018-2020-ci illər üzrə maliyyə hesabatlarının auditinin keçirilməsi üçün kənar auditorun seçilməsi ilə bağlı açıq tender elan edir.
Tender üzrə prosedurlar 17 oktyabr 2018-ci il tarixində saat 15.00-da Fondun inzibati binasında təklif zərflərinin açılması ilə başlanılacaq.
Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı sənədləri təqdim etməlidir:
Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı tələblərə cavab verməlidir:
Əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli xidmətlər üzrə xidmət təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq ediləcək.
Xidmətin icra müddəti: 2018-ci ilin maliyyə hesabatları üzrə audit xidmətləri 27 noyabr 2018-ci il tarixindən başlanılmalı, audit yoxlamasına dair yekun hesabat və rəy isə 15 fevral 2019-cu il tarixinədək Fonda təqdim edilməlidir. 2019-2020-ci illərin maliyyə hesabatları üzrə audit xidmətləri də müvafiq illər üzrə qeyd olunan dövrləri əhatə etməlidir.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunub.
Açıq tenderdə iştirak haqqı 150 manat məbləğində müəyyən edilib. İştirak haqqı Fondun aşağıdakı hesabına ödənildikdən sonra tenderin Əsas şərtlər toplusu malgöndərənlərə təqdim ediləcək:
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu
Ünvan: AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 40
VÖEN: 1403502281
H/h: AZ57NABZ01360450000000005944
Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı
VÖEN: 9900071001
Kоd: 501004
M/h: AZ74NABZ01451700000000001944
S.W.I.F.T bik: NABZAZ2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tender üzrə ilkin sənədlər 04 oktyabr 2018-ci il tarixinədək, təklif zərfləri və təklifin təminatı isə 16 oktyabr 2018-ci il tarixinədək qəbul ediləcək.
Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: (+99412) 441-24-23 (daxili 130), Faks: (+99412) 598-11-77.
Satınalmalar komissiyası
Hər ay üçün ödəniləcək məbləğ, faizlər və əsas borc
Ödəniş nömrəsi | Ödəniş tarixi | Ödəniş məbləği | Əsas borcun ödənişi | Faizin ödənişi | Kreditin qalığı |
---|
Hissəvi zəmanət haqları üzrə ay-ay hesablanmış məbləğlər
# | Tarix | Zəmanət haqqı |
---|
# | Ödəniş tarixi | Cəmi ödənişin məbləği | Borcalanın aylıq ödənişi | Əsas borcun ödənişi | Bank %-in ödənişi | Subsidiya %-in ödənişi | Kreditin qalığı |
---|
...