İpoteka və Kredit Zəmanət Fondunun ipoteka istiqrazlarının 50 mln. manatlıq emissiyası yerləşdirilib İpoteka və Kredit Zəmanət Fondunun ipoteka istiqrazlarının 50 mln. manatlıq emissiyası yerləşdirilib

İpoteka və Kredit Zəmanət Fondunun ipoteka istiqrazlarının 50 mln. manatlıq emissiyası yerləşdirilib

19 fevral 2025-ci il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 50 000 000 manat həcmində sənədsiz adlı, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. İstiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılıb və tam şəkildə yerləşdirilib.

İpoteka və Kredit Zəmanət Fondunun sənədsiz adlı, faizli ipoteka istiqrazlarının emissiya prospekti Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 03 fevral 2025-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 50 000 000 manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçirilib.