İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının 100 mln. manatlıq emissiyası yerləşdiriləcək İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının 100 mln. manatlıq emissiyası yerləşdiriləcək

İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının 100 mln. manatlıq emissiyası yerləşdiriləcək

21 yanvar 2025-ci il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 100 000.000 manat həcmində sənədsiz adlı, faizli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılacaq.

İpoteka və Kredit Zəmanət Fondunun sənədsiz adlı, faizli istiqrazlarının Emissiya prospekti Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 15 yanvar 2025-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 000 000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə illik faiz dərəcəsi 3.25% təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitar və Reyestrsaxlayıcı xidmətlər Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.