Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə
vermə mexanizmi üzrə 22 yanvar 2020-ci
il tarixində başlanmış elektron
müraciətlərin qəbulu prosesində “Elektron hökumət”
portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi
xarakter daşıması və digər texniki səbəblərdən portal artıq yüklənməyə məruz
qalmışdır. Nəticədə “Elektron ipoteka və kredit zəmanət sistemi” (Elektron
sistem) üzrə müraciətlərin qəbulunda problemlər yaranmışdır.
Hazırda Fond aidiyyətı təşkilatlarla birlikdə
Elektron sistemin dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyətinin bərpası və
sistemin hər bir istifadəçisinə bərabər şəraitin təmin olunması üçün bütün
zəruri tədbirləri həyata keçirir.
Bildirmək istərdik ki, qeyd olunan texniki
problemlər aradan qaldırıldıqdan və bu halların təkrarlanmaması üçün zəruri
tədbirlər həyata keçirildikdən sonra vətəndaşlara Fond tərəfindən əlavə məlumat
veriləcəkdir.
Hər ay üçün ödəniləcək məbləğ, faizlər və əsas borc
Ödəniş nömrəsi | Ödəniş tarixi | Ödəniş məbləği | Əsas borcun ödənişi | Faizin ödənişi | Kreditin qalığı |
---|
Hissəvi zəmanət haqları üzrə ay-ay hesablanmış məbləğlər
# | Tarix | Zəmanət haqqı |
---|
# | Ödəniş tarixi | Cəmi ödənişin məbləği | Borcalanın aylıq ödənişi | Əsas borcun ödənişi | Bank %-in ödənişi | Subsidiya %-in ödənişi | Kreditin qalığı |
---|
...