Azərbaycan Respublikasının Dövlət Büdcəsində Azərbaycan İpoteka Fondunun şərtlərilə verilən ipoteka kreditlərinin yenidən maliyyələşdirilməsi məqsədilə 2005-2008-ci illərdə 80 mln.manat məbləğində vəsait nəzərdə tutulmuşdur.
Aşağıda göstərilən cədvəldən göründüyü kimi, 2008-ci il ərzində dövlət büdcəsində ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş 34 mln.manatdan 22 mln.manatı artıq AİF-ə köçürülmüşdür. Beləliklə, 2005-2008-ci illərdə dövlət büdcəsindən Fondun hesabına cəmi 68 mln.manat vəsait daxil olmuşdur.
Müvəkkil kredit təşkilatları tərəfindən 01 mart 2006-cı il tarixindən 13 iyun 2007-ci il tarixinədək AİF-in şərtlərinə uyğun 67,9 mln.manat məbləğində ipoteka kreditləri verilmişdir. Bu verilmiş kreditlərin 63,3 mln. manatı artıq AİF tərəfindən yenidən maliyyələşdirilmişdir. Qalan ipoteka kreditləri isə “Azərbaycan Respublikasının Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi Qaydaları”na uyğun olaraq tələb olunan sənədlər AİF-ə təqdim edildikcə müvafiq qaydada yenidən maliyyələşdirilməkdədir.
mln.manat
illər
| 2005
| 2006
| 2007
| 2008 | Cəmi
|
İpoteka kreditlərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulub | 6
| 20
| 20
| 34 | 80
|
Dövlət büdcəsindən AİF-ə köçürülüb | 6
| 20
| 20
| 22 | 68
|
MKT-lər tərəfindən verilmiş ipoteka kreditləri | -
| 6,3 | 61,6 | -
| 67,9
|
AİF-in yenidən maliyyələşdirdiyi ipoteka kreditləri | -
| 1,6
| 45,1
| 16,6
| 63,3
|