25 noyabr 2022-ci il tarixində “Fitch Ratings” agentliyi (Agentlik) tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (Fond) fəaliyyətinin növbəti qiymətləndirilməsi həyata keçirilib. Agentliyin qiymətləndirməsinə əsasən, Fondun uzunmüddətli xarici və yerli valyutada reytinqi ölkə reytinqinə bərabər “BB+/müsbət” səviyyəsində təsdiq edilib.
Reytinqin “BB+”
səviyyəsində (proqnoz “müsbət”) təsdiq olunması əsas etibarilə Fondun dövlətə məxsus olması, yaradıldığı gündən fəaliyyətinə dövlət tərəfindən ciddi
nəzarət olunması və davamlı dəstəklənməsi, Fondun ölkənin sosial-iqtisadi siyasətində
strateji əhəmiyyətə malik olması ilə əlaqədardır.
Agentlik Fondun qeyri-kommersiya missiyasına baxmayaraq, onun yüksək maliyyə dayanıqlılığını, aktivlərin keyfiyyətini, likvidlik mövqeyini xüsusi qeyd edib.
Agentlik hesab edir ki, orta müddətli dövrdə də tənzimləmə və siyasi dəstək Fondun fəaliyyətinə müsbət təsir edəcək.
"Fitch Ratings" agentliyi 2009-cu ildən etibarən Fondun fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir və onun müstəqil kredit reytinqini açıqlayır.
Hər ay üçün ödəniləcək məbləğ, faizlər və əsas borc
Ödəniş nömrəsi | Ödəniş tarixi | Ödəniş məbləği | Əsas borcun ödənişi | Faizin ödənişi | Kreditin qalığı |
---|
Hissəvi zəmanət haqları üzrə ay-ay hesablanmış məbləğlər
# | Tarix | Zəmanət haqqı |
---|
# | Ödəniş tarixi | Cəmi ödənişin məbləği | Borcalanın aylıq ödənişi | Əsas borcun ödənişi | Bank %-in ödənişi | Subsidiya %-in ödənişi | Kreditin qalığı |
---|
...