01 mart 2024-cü il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 50 000.000 manat həcmində sənədsiz adlı, faizli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılacaq.
Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun sənədsiz adlı, faizli istiqrazlarının Emissiya prospekti 12 fevral 2024-cü il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 50 000 000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə illik faiz dərəcəsi 3.25% təşkil edir.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitar və Reyestrsaxlayıcı xidmətlər Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.
Hər ay üçün ödəniləcək məbləğ, faizlər və əsas borc
Ödəniş nömrəsi | Ödəniş tarixi | Ödəniş məbləği | Əsas borcun ödənişi | Faizin ödənişi | Kreditin qalığı |
---|
Hissəvi zəmanət haqları üzrə ay-ay hesablanmış məbləğlər
# | Tarix | Zəmanət haqqı |
---|
# | Ödəniş tarixi | Cəmi ödənişin məbləği | Borcalanın aylıq ödənişi | Əsas borcun ödənişi | Bank %-in ödənişi | Subsidiya %-in ödənişi | Kreditin qalığı |
---|
...