İpoteka və Kredit Zəmanət
Fondu Avropa Zəmanət İnstitutları Assosiasiyasına (AECM) tam hüquqlu üzv seçilib.
Qeyd etmək lazımdır ki,
Assosiasiya 1992-ci ildə yaradılıb. AECM-də hazırda Avropa İttifaqının 28
ölkəsində, habelə Türkiyə, Rusiya və Serbiyada fəaliyyət göstərən 48 üzv
təşkilat təmsil olunur. 2017-ci ildə AECM-ə üzv olan təşkilatların 126 milyard
avro həcmində ümumi kredit zəmanət portfeli olub ki, onun da 74 milyard
avrosunu il ərzində verilmiş zəmanətlər təşkil edib.
Təşkilatın üzvləri zəmanət
fondlarından, o cümlədən kredit zəmanəti bölmələri olan inkişaf banklarından
ibarətdir. Təşkilatın üzvlərinin missiyası iqtisadi cəhətdən sağlam, lakin
yetərli təminatı olmayan layihələri kredit zəmanəti və digər maliyyə vasitələri
ilə təmin etməkdir.
Fondun AECM-ə üzvlüyü
Avropa ölkələrinin kredit zəmanət təşkilatlarının qabaqcıl təcrübələrindən
faydalanaraq Azərbaycanda sahibkarlığının inkişafına dəstək mexanizmlərinin
təkmilləşdirilməsinə və inkişaf endirilməsinə geniş imkanlar yaradacaq.
Hər ay üçün ödəniləcək məbləğ, faizlər və əsas borc
Ödəniş nömrəsi | Ödəniş tarixi | Ödəniş məbləği | Əsas borcun ödənişi | Faizin ödənişi | Kreditin qalığı |
---|
Hissəvi zəmanət haqları üzrə ay-ay hesablanmış məbləğlər
# | Tarix | Zəmanət haqqı |
---|
# | Ödəniş tarixi | Cəmi ödənişin məbləği | Borcalanın aylıq ödənişi | Əsas borcun ödənişi | Bank %-in ödənişi | Subsidiya %-in ödənişi | Kreditin qalığı |
---|
...