Fevralın 28-də İpoteka və
Kredit Zəmanət Fondu (Fond) ilə “KPMG Azərbaycan” beynəlxalq audit şirkəti tərəfindən
birgə yaradılan, qabaqcıl beynəlxalq praktikaya əsaslanan və daha dayanıqlı
yeni kredit reytinq sisteminin (kredit reytinqi modeli) təqdimatı keçirilib.
Təqdimatda Azərbaycan Mərkəzi Bankı, Maliyyə
Bazarlarına Nəzarət Palatası, İqtisadiyyat Nazirliyinin, habelə bankların və
beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak ediblər.
Yeni yaradılan kredit reytinqi modeli Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 saylı Fərmanı ilə
təsdiq edilmiş «Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunda
kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi
Qaydası”na uyğun olaraq hazırlanıb.
Tədbirdə bildirilib ki, kredit risklərinin minimuma
endirilməsi məqsədilə yaradılan model sahibkarlıq subyektlərinin ödəmə qabiliyyətinin
qiymətləndirilməsi və risk kateqoriyalarının müəyyən edilməsinə imkan
yaradacaq. Qiymətləndirmə prosesi maliyyə və qeyri-maliyyə göstəricilərinin təhlili
və erkən xəbərdarlıq siqnallarının ölçülməsi vasitəsilə aparılacaq.
Hər ay üçün ödəniləcək məbləğ, faizlər və əsas borc
Ödəniş nömrəsi | Ödəniş tarixi | Ödəniş məbləği | Əsas borcun ödənişi | Faizin ödənişi | Kreditin qalığı |
---|
Hissəvi zəmanət haqları üzrə ay-ay hesablanmış məbləğlər
# | Tarix | Zəmanət haqqı |
---|
# | Ödəniş tarixi | Cəmi ödənişin məbləği | Borcalanın aylıq ödənişi | Əsas borcun ödənişi | Bank %-in ödənişi | Subsidiya %-in ödənişi | Kreditin qalığı |
---|
...