Azərbaycan Respublikasında əhalinin
mənzilə olan tələbatını ödəmək 
əsas hədəflərdən biridir.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 2005-ci il tarixli Fərmanına əsasən, Azərbaycan İpoteka Fondu Azərbaycan Mərkəzi Bankı 
nəzdində yaradılıb.

Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr 2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Mərkəzi Bankı nəzdindəki
Azərbaycan İpoteka Fondu yenidən təşkil edilərək səhmləri dövlətə məxsus olan "Azərbaycan İpoteka Fondu" ASC yaradılıb. 
22 iyun 2016-cı il tarixli Fərmanla isə Cəmiyyətin Nizamnaməsi təsdiq edilib.

Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr 2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Mərkəzi Bankı nəzdindəki
Azərbaycan İpoteka Fondu yenidən təşkil edilərək səhmləri dövlətə məxsus olan "Azərbaycan İpoteka Fondu" ASC yaradılıb.
 22 iyun 2016-cı il tarixli Fərmanla isə Cəmiyyətin Nizamnaməsi təsdiq edilib.


Fondun idarəetmə orqanları aşağıdakılardır:

1

Himayəçilik Şurası

Himayəçilik Şurası 5 üzvdən ibarətdir və üzvlərini Prezident təyin edir. Şura Fondun ümumi rəhbərliyini və nəzarətini həyata keçirir.

2

İdarə Heyəti

Fondun cari rəhbərliyini həyata keçirir və 3 üzvdən ibarətdir: sədr və iki müavin, təyinatı isə Azərbaycan Respublikası Prezidenti tərəfindən həyata keçirilir.

Fond Nizamnaməsinə
əsasən aşağıdakı vəzifələri yerinə yetirir:


  • İpoteka, o cümlədən güzəştli ipoteka kreditləşməsini həyata keçirir;
  • İpoteka kreditləri, o cümlədən sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlər üzrə təminatlar verir;
  • Yaşayış sahələrini alır və satmaq öhdəliyi ilə kirayəyə verir;
  • Kreditlərin anderraytinqinə, vəsaitin təyinatına uyğun istifadəsinə nəzarət edir və bankın kredit reytinqi modelinin tətbiqini yoxlamaq üçün sahibkarlıq subyektlərində monitorinqlər aparır.
  • Fond, istiqrazlar emissiya edir və ipoteka kreditləşməsində likvidliyi təmin etməklə yanaşı, fəaliyyətinin inkişafı və etibarlılığının artırılması üçün investisiyalar cəlb edir.

Совет опеки

Azər Əziz oğlu Bayramov

Maliyyə nazirinin müavini

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

Anar Rəhim oğlu Əliyev

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Toğrul Nəcəfəli oğlu Əliyev 

Sədr müavini

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Kamil Qafar oğlu Heydərov

İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası

Fondun inkişaf yolunu və mühüm nailiyyətlərini əks
etdirən əsas tarixi məqamlarla tanış olun!


Hər bir yenilik və əldə edilən uğurlar ölkədə maliyyə
dayanıqlılığının və əhalinin mənzil şəraitinin
yaxşılaşdırılmasına xidmət edir.

2020

  • Verilmiş güzəştli ipoteka kreditlərinin həcminin 100.000.000 manatı keçməsi
  • COVİD-19 pandemiyasından zərər çəkmiş sahələrə Fondun zəmanəti ilə 100.000.000 manatdan çox kreditin verilməsi
  • Kredit zəmanətlə bağlı daxil olan müraciətlərin online rejimdə qəbul olunması
  • Satmaq öhdəliyi ilə kirayə mexanizminin fəaliyyətə başlaması

2019

  • Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mexanizmi yaradılıb
  • Fondun yeni kredit reytinq modeli yaradılıb
  • Yeni “Elektron ipoteka və kredit zəmanət” sistemi istifadəyə verilib

2018

  • Verilmiş ipoteka kreditlərinin həcminin 1 000 000 000 manatı keçməsi
  • İpoteka kreditləri üzrə ilk zəmanətin verilməsi
  • Kredit zəmanət sisteminin formalaşdırılması və sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi

2017

  • Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun yaradılması
  • "Elektron ipoteka" sisteminin "Elektron hökumət" portalında real vaxt rejimində əhalinin tam istifadəsinə verilməsi

2016

  • “Azərbaycan İpoteka Fondu” ASC tərəfindən ölkədə ilk dəfə olaraq ipoteka istiqrazlarının emissiyasına başlanılması

2015

  • Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun yenidən təşkili nəticəsində “Azərbaycan İpoteka Fondu” ASC-nin yaradılması

2013

  • "Elektron ipoteka" sisteminin işə salınması

2010

  • Fonda verilmiş stabil proqnozlu "BB+" kredit reytinqinin investisiya dərəcəli "BBB-" reytinqi səviyyəsinədək artırılması

2009

  • Fond tərəfindən təmin edilmiş istiqrazların emissiyasına başlanılması
  • İpoteka kreditlərinin verilməsinin bərpası

2007

  • Güzəştli ipoteka kreditləri mexanizminin yaradılması
  • Güzəştli ipoteka kreditlərinin verilməsinə başlanılması
  • 1000-ci ipoteka kreditinin verilməsi

2006

  • Ölkədə ilk uzunmüddətli ipoteka kreditlərinin verilməsinə başlanılması

2005

  • İpoteka kreditləri sisteminin formalaşdırılması
  • Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun yaradılması
  • 2020
  • 2019
  • 2018
  • 2017
  • 2016
  • 2015
  • 2013
  • 2010
  • 2009
  • 2007
  • 2006
  • 2005

Структурные разделы

Murad Vaqif oğlu İsmayılov

Elşən İlham oğlu Kərimov

Kənan Bədirxan oğlu Rzayev

İlhamə Hacıağa qızı İsabalayeva

Nəriman Cabbar oğlu Hacıyev

Fariz Rasim oğlu Axundov

Fərid Tofiq oğlu Hacıəbdülhəlimzadə

Həbib Nəriman oğlu Məsimov

Mətin Muğdət oğlu Hacıyev

Mahir Sabir oğlu Süleymanov

Anar Sabir oğlu Kərimli

Anar Ləliş oğlu Cəbrayıllı

Загрузить еще

Fond Nizamnaməsinə
əsasən aşağıdakı vəzifələri yerinə yetirir:


Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı Fondun qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən (Apellyasiya Şurası haqqında əsasnamənin 1.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) verdikləri şikayətlərə baxan, ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır.

Apellyasiya Şurası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin aktlarını, bu Əsasnaməni və digər normativ hüquqi aktları rəhbər tutur.

Apellyasiya Şurası öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı surətdə fəaliyyət göstərir.