Azərbaycan İpoteka Fondunun Mətbuat xidməti bildirir ki, 2009-cu ilin iyul ayının 10 günü ərzində daha 60 nəfərə ipoteka krediti verilmişdir. Beləliklə, 1 iyun 2009-cu ildən bəri ölkədə 80 nəfər 3,6 mln.manat məbləğində ipoteka krediti almışdır.
Ümumiyyətlə, ipoteka kreditləşməsi bərpa olunduqdan sonra müvəkkil kredit təşkilatları tərəfindən 900-ə yaxın vətəndaşın müraciəti qəbul olunmuşdur. Bu müraciətlər üzrə kredit məbləğinin ümumi həcmi 40 mln.manata yaxındır.
Qeyd etmək lazımdır ki, güzəştli ipoteka kreditlərinin verilməsinin bərpasından 1 aydan da az vaxt keçməsinə baxmayaraq bu növ kredit almaq istəyən 100-ə yaxın vətəndaşın rəsmi müraciəti banklara daxil olmuşdur. Güzəştli ipoteka üzrə daxil olmuş müraciətlərin ümumi həcmi 3 mln. manatdan çox olmuşdur.
Əvvəlcədən də proqnozlaşdırıldığı kimi, ölkədə ipoteka kreditləşməsi prosesi tədricən intensivləşir və növbəti həftələrdə bu prosesin daha da sürətlənəcəyi ehtimal olunur.
Hər ay üçün ödəniləcək məbləğ, faizlər və əsas borc
Ödəniş nömrəsi | Ödəniş tarixi | Ödəniş məbləği | Əsas borcun ödənişi | Faizin ödənişi | Kreditin qalığı |
---|
Hissəvi zəmanət haqları üzrə ay-ay hesablanmış məbləğlər
# | Tarix | Zəmanət haqqı |
---|
# | Ödəniş tarixi | Cəmi ödənişin məbləği | Borcalanın aylıq ödənişi | Əsas borcun ödənişi | Bank %-in ödənişi | Subsidiya %-in ödənişi | Kreditin qalığı |
---|
...