Zəmanətin verilməsi üzrə müəyyən 
şərtlər daxilində təqdim olunur

Zəmanətin verilməsi şərtləri:

  • Kreditin məbləği 30 000 (otuz min) manatdan az olmamalı;

  • Bir borcalana bütün müvəkkil banklar üzrə zəmanət verilən cəmi kreditlərin məbləği 5 mln., bir-biri ilə əlaqədar borcalanlar qrupuna isə 10 mln. manatdan çox olmamalı;

  • Kreditin müddəti 7 (yeddi) ildən çox olmamalı;

  • Kredit xəttinin müddəti 12 (on iki) aydan artıq olmamalı;

  • Faiz subsidiyası illik faiz dərəcəsi 20%-dən çox olmayan kreditlər üçün verilir;

Zəmanətin verilməsi halları:

  • Zəmanət qeyri-neft sektorunda fəaliyyət göstərən və Azərbaycan Respublikası ərazisində sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə müvəkkil banka kredit sifarişi ilə müraciət edən sahibkarın öhdəlikləri üzrə verilir.

Aşağıdakı hallarda zəmanət verilmir:

  • borcalan zəmanət üçün müraciət edən müvəkkil banka aidiyyəti şəxs olduqda;

  • kredit hesabatına əsasən, borcalanın kredit sifarişi tarixinə və ya zəmanətin verilməsi tarixinə kredit öhdəlikləri üzrə 60 (otuz) gündən artıq (borcalanın zamin durduğu öhdəliklər istisna olmaqla) gecikməsi olduqda və ya son bir il ərzində qeyri-işlək kredit statusu almış kredit borcu olduqda;

  • kredit hesabatına əsasən, borcalan hüquqi şəxsin nizamnamə kapitalında 25% və daha artıq payı olan fiziki və (və ya) hüquqi şəxslərin borcalanın kredit sifarişi tarixinə və ya zəmanətin verilməsi tarixinə kredit öhdəlikləri üzrə 60 (otuz) gündən artıq (onların zamin durduqları öhdəliklər istisna olmaqla) gecikməsi olduqda və ya son bir il ərzində qeyri-işlək kredit statusu almış kredit borcları olduqda;

  • kredit hesabatına əsasən, borcalanın kredit öhdəliyi üzrə zamin qismində çıxış edən fiziki və (və ya) hüquqi şəxslərin borcalanın kredit sifarişi tarixinə və ya zəmanətin verilməsi tarixinə kredit öhdəlikləri üzrə 60 (otuz) gündən artıq (onların zamin durduqları öhdəliklər istisna olmaqla) gecikməsi olduqda və ya son bir il ərzində qeyri-işlək kredit statusu almış kredit borcları olduqda;

  • borcalanın bank hesabları üzərində məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla borcalan arasında müqavilədə nəzərdə tutulmuş hallarda pul vəsaitinin silinməsinə dair müvafiq sərəncam olduqda;

  • zəmanət verilməsi üçün müraciət olunan kredit borcalanın digər kredit öhdəliklərinin yenidən maliyyələşdirilməsi (mövcud borc öhdəliyinin yeni borc öhdəliyi ilə əvəzləşdirilərək rəsmiləşdirilməsi) üçün alındıqda;

  • borcalanın nizamnamə kapitalında dövlətin iştirak payı 50%-dən çox olduqda;

  • borcalan mərc oyunları fəaliyyəti ilə məşğul olan sahibkar olduqda.

Zəmanətin verilməsi şərtləri

Sığorta şirkətlərinin, kredit təşkilatlarının, investisiya şirkətlərinin, investisiya fondlarının, investisiya fondları idarəçilərinin, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin, lombardların, lizinq şirkətlərinin, poçt rabitəsinin milli operatorunun, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin, habelə digər maliyyə institutlarının kredit sifarişləri üzrə zəmanət verilmir.

Portfel zəmanətinin verilməsi üzrə müəyyən 
şərtlər daxilində təqdim olunur

Zəmanətin verilməsi şərtləri:

  • Portfel zəmanəti üzrə kredit portfelinə daxil olan kreditin məbləği 5 000 (beş min) manatdan az və 50 000 (əlli min) manatdan çox olmamalı;

  • kreditin illik faiz dərəcəsi 25%-dən yüksək olmamalı;

  • kreditin müddəti 3 (üç) aydan az və 3 (üç) ildən çox olmamalı;

  • Bir borcalanın bütün müvəkkil banklar üzrə portfel zəmanəti verilən cəmi kreditlərinin məbləği 250 000 (iki yüz əlli min) manatdan çox olmamalı;

  • Hər bir kredit portfelinə daxil olan kredit üzrə zəmanət məbləğinin həmin kredit üzrə əsas borc qalığına nisbəti 75% təşkil etməlidir;

Zəmanətin verilməsi halları:

  • Portfel zəmanəti Azərbaycan Respublikası ərazisində sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə müvəkkil banka kredit sifarişi ilə müraciət edən mikro və ya kiçik sahibkarların öhdəlikləri üzrə verilir.

Müraciət edən tarixə sahibkar aşağıdakı tələblərə cavab verməlidir:

  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərinin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi halları mövcud olmamalı;

  • · müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı (qanunvericiliklə tələb olunduqda);

  • özü, habelə hüquqi şəxs olduqda, nizamnamə kapitalında 25% və daha artıq payı olan fiziki və (və ya) hüquqi şəxslər, fiziki şəxs olduqda isə, yaxın qohumları və ya birgə təsərrüfat aparan ailə üzvləri müvəkkil banka aidiyyəti şəxs olmamalı;

  • kredit hesabatına əsasən, kredit öhdəlikləri üzrə 60 (altmış) gündən artıq gecikməsi olmamalı və ya son 1 (bir) il ərzində qeyri-işlək kredit statusu almış kredit borcu olmamalı;

  • kredit hesabatına əsasən, sahibkar hüquqi şəxsin nizamnamə kapitalında 25% və daha artıq payı olan fiziki və (və ya) hüquqi şəxslərin kredit öhdəlikləri üzrə 60 (altmış) gündən artıq gecikməsi olmamalı və ya son 1 (bir) il ərzində qeyri-işlək kredit statusu almış kredit borcları olmamalı.

Sığorta şirkətlərinin, kredit təşkilatlarının, investisiya şirkətlərinin, investisiya fondlarının, investisiya fondları idarəçilərinin, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin, lombardların, lizinq şirkətlərinin, poçt rabitəsinin milli operatorunun, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin, habelə digər maliyyə institutlarının kredit sifarişləri üzrə zəmanət verilmir.

İstiqrazlar üzrə zəmanətin verilməsi üzrə müəyyən 
şərtlər daxilində təqdim olunur

Zəmanətin verilməsi şərtləri:

  • Zəmanət istiqrazların məcmu nominalının qalıq dəyəri üzrə verilir. İstiqrazlar nominaldan aşağı qiymətlə yerləşdirildiyi (diskontla) halda, zəmanət istiqrazların ilkin yerləşdirmə qiymətinə (diskontlu qiymətinə) uyğun hesablanır;

  • Zəmanət verilən bir emissiya prospekti üzrə istiqrazların məcmu nominal dəyəri 300 000 (üç yüz min) manatdan az olmamalı;

  • Bir emitentin bütün emissiya prospektləri üzrə zəmanət verilən istiqrazlarının məcmu nominal dəyəri ilə həmin emitentin daxil olduğu bir-biri ilə əlaqədar borcalanlar qrupunun Fondun zəmanət mexanizmləri üzrə zəmanət verilən kreditlərinin məbləğinin cəmi 10 000 000 (on milyon) manatdan çox olmamalı;

  • İstiqrazlar üzrə tədavül müddəti isə 7 (yeddi) ildən çox olmamalı;

  • Fond tərəfindən verilən zəmanətin şərtləri, habelə istiqraz mülkiyyətçilərinə dair qiymətli kağızlar üzrə depozitar sistemindəki məlumatların Fonda ötürülməsi barədə xəbərdarlıq emissiya prospektində əks olunmalıdır;

  • Bir emissiya prospekti üzrə zəmanətin yerləşdirilmiş istiqrazların məcmu nominalının və ya nominaldan aşağı qiymətlə yerləşdirildiyi (diskontla) halda onların ilkin yerləşdirmə qiymətinin (diskontlu qiymətinin) qalıq dəyərinə nisbəti 15%-dən az və 60%-dən çox olmamalıdır.

Zəmanət verilməsi üçün Fonda müraciət edilən tarixə emitent aşağıdakı tələblərə cavab verməlidir:

  • Qeyri-neft sektorunda fəaliyyət göstərməli;

  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərinin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi halları mövcud olmamalı;

  • Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı (qanunvericiliklə tələb olunduqda);

  • Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Fonda və müvəkkil investisiya şirkətinə aidiyyəti şəxs olmamalı;

  • Kredit hesabatına əsasən, kredit öhdəlikləri üzrə 60 (altmış) gündən artıq gecikməsi və ya son 1 (bir) il ərzində qeyri-işlək kredit statusu almış kredit borcu olmamalı;

  • Kredit hesabatına əsasən, nizamnamə kapitalında 25% və daha artıq payı olan fiziki və (və ya) hüquqi şəxslərin kredit öhdəlikləri üzrə 60 (altmış) gündən artıq gecikməsi və ya son 1 (bir) il ərzində qeyri-işlək kredit statusu almış kredit borcları olmamalı;

  • Kredit hesabatına əsasən, emitentin kredit öhdəliyi üzrə zamin qismində çıxış edən fiziki və (və ya) hüquqi şəxslərin kredit öhdəlikləri üzrə 60 (altmış) gündən artıq gecikməsi və ya son bir il ərzində qeyri-işlək kredit statusu almış kredit borcları olmamalı;

  • Özünün, habelə nizamnamə kapitalında 25% və daha artıq payı olan hüquqi şəxslərin emissiya etdiyi istiqrazlar üzrə 60 (altmış) gündən artıq gecikməsi olmamalı;

  • Emitentin bank hesabları üzərində pul vəsaitinin silinməsinə dair hazırda müvafiq sərəncam olmamalıdır;

  • İstiqrazlar vasitəsilə cəlb olunacaq vəsait emitentin digər öhdəliklərinin yenidən maliyyələşdirilməsi (mövcud borc öhdəliyinin yeni borc öhdəliyi ilə əvəzləşdirilərək rəsmiləşdirilməsi) üçün alınmamalı;

  • Nizamnamə kapitalında dövlətin iştirak payı 50%-dən çox olmamalı;

  • Mərc oyunları fəaliyyəti ilə məşğul olan sahibkar olmamalı.

Sığorta şirkətlərinin, kredit təşkilatlarının, investisiya şirkətlərinin, investisiya fondlarının, investisiya fondları idarəçilərinin, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan digər şəxslərin, lombardların, lizinq şirkətlərinin, poçt rabitəsinin milli operatorunun, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin, habelə digər maliyyə institutlarının sifarişləri üzrə zəmanət verilmir.

Zəmanətə müraciət zamanı aşağıdakı

sənədlərin təqdim olunması tələb olunur:

  • Borcalanın təsis sənədləri (fiziki şəxs olduqda – şəxsiyyətini təsdiq edən sənəd) və VÖEN-i;
  • Zəmanət verilməsi üçün müraciət olunan tarixə borcalanın dövlət büdcəsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş borcu olmadığını və ya müvəkkil bankdakı hesabı üzrə müvafiq dövlət orqanlarının sərəncamı olmadığını təsdiq edən sənədlər;
  • Borcalanın son hesabat ili üzrə vergi bəyannaməsi (və ya bəyannamələri), şəxsi hesab vərəqəsindən çıxarış, vergi borcu barəsində arayış (yeni fəaliyyətə başlayanlar istisna olmaqla), ƏDV ödəyicisi olduqda son 6 ay üzrə ƏDV bəyannamələri;
  • Borcalan və zamin hüquqi şəxs olduqda, onların nizamnamə kapitalında 25%-dən çox iştirak payı olan fiziki və (və ya) hüquqi şəxslər barədə kredit hesabatları;
  • Borcalanın nizamnamə kapitalında 25%-dən çox iştirak payı olan fiziki şəxslərin, habelə kredit üzrə təminat vermiş fiziki şəxslərin (zaminlərin, girov (ipoteka) qoyan və s.) şəxsiyyətini təsdiq edən sənədlər;
  • Borcalanın hüquqi şəxs olan qanuni təmsilçisi, nizamnamə kapitalında 25%-dən çox iştirak payı olan hüquqi şəxslər, həmçinin kredit üzrə təminat vermiş hüquqi şəxslər barədə (zaminlərin, girov (ipoteka) qoyan və s.) dövlət reyestrindən çıxarış;
  • Təminat qismində çıxış edən girov (ipoteka) predmeti olan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd;
  • Girov (ipoteka) predmetini qiymətləndirmə aktı;
  • Borcalanın müvəkkil banka aidiyyəti olan şəxs olmadığını təsdiqləyən və müvəkkil bankın səlahiyyətli nümayəndəsinin imzaladığı sənəd;
  • Borcalanın ona dair məlumatların Fonda ötürülməsinə dair razılığını təsdiq edən sənəd.
  • Kreditin və zəmanətin verilməsinə dair qeydlər, habelə bankın daxili kredit reytinqi modelinin nəticəsi göstərilməklə müvəkkil bankın səlahiyyətli orqanının qərarı;
  • Borcalanın maliyyə vəziyyətini əks etdirən sənədlər və məlumatlar;
  • Borcalanın müvəkkil banka təqdim etdiyi kredit sifarişi ərizəsi və kredit hesabatı;

Zəmanətə müraciət zamanı tələb olunan sənədlər

Portfel zəmanətə müraciət zamanı aşağıdakı

sənədlərin təqdim olunması tələb olunur:

  • Kreditin verilməsinə dair qeydlər göstərilməklə müvəkkil bankın səlahiyyətli orqanının qərarı;
  • Sahibkarın kredit sifarişi ərizəsi və kredit hesabatı;
  • Sahibkar hüquqi şəxs olduqda, onun təsis sənədləri – nizamnaməsi, dövlət reyestrindən çıxarış və VÖEN, fiziki şəxs olduqda – şəxsiyyətini təsdiq edən sənəd və VÖEN;
  • Sahibkar hüquqi şəxs olduqda, onun nizamnamə kapitalında 25% və daha çox iştirak payı olan fiziki və (və ya) hüquqi şəxslər barədə kredit hesabatları;
  • Sahibkarın (hüquqi şəxs olduqda, nizamnamə kapitalında 25% və daha artıq payı olan fiziki və (və ya) hüquqi şəxslərin, fiziki şəxs olduqda isə yaxın qohumlarının və ya birgə təsərrüfat aparan ailə üzvlərinin) müvəkkil banka aidiyyəti şəxs olmadığını təsdiqləyən və müvəkkil bankın səlahiyyətli nümayəndəsinin imzaladığı sənəd;
  • Sahibkarın ona dair məlumatların Fonda ötürülməsinə dair razılığını təsdiq edən sənəd;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərinin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmamasına dair müvafiq sənəd;
  • Kredit üzrə təminat təqdim edildikdə, təminat qismində çıxış edən girov (ipoteka) predmeti olan əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənəd və girov (ipoteka) predmetinin qiymətləndirmə aktı;
  • Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziya və ya icazə (qanunvericiliklə tələb olunduqda).

Portfel zəmanətə müraciət zamanı tələb olunan sənədlər

İstiqrazlar üzrə zəmanətinin müraciət zamanı aşağıdakı

sənədlərin təqdim olunması tələb olunur:

  • Tələb olunan sənədlər:
  • Emitentin sifariş ərizəsi (anket);
  • Emitentin təsis sənədlərinin, o cümlədən dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışının) və VÖEN-in surətləri;
  • Emitentin müstəqil auditor tərəfindən yoxlanılmış son 2 (iki) ilin maliyyə hesabatları;
  • Emitentin son bir ildəki maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
  • Emitentə qarşı tələblərə dair aidiyyəti qurumlardan müvafiq təsdiqedici sənədlər.

Zəmanətin alınma mərhələlər:

1

Kredit üçün müraciət

Borcalan zəmanət tələb olunan kredit sifarişi ilə müvəkkil banka “Elektron hökumət” portalında olan “Elektron ipoteka və kredit zəmanət” sistemi (elektron sistem) vasitəsilə müraciət edir.

2

Kreditin anderraytinqi

Müvəkkil bank kredit sifarişini Qaydalara uyğunluq baxımından yoxlayır, maliyyə təhlili aparır və qərarını elektron sistemdə yerləşdirir.

3

Zəmanət üçün müraciət

Müvəkkil bankın səlahiyyətli orqanının qərarı müsbət olduqda, müvəkkil bank zəmanət üçün Fonda elektron sistem vasitəsilə müraciət edir.

4

Zəmanətin verilməsi

Fond zəmanətin verilməsi üzrə müvəkkil bankın müraciəti ilə bağlı qərar qəbul edir və bu qərar elektron sistemdə yerləşdirilir.

Portfel zəmanətin alınma mərhələlər:

1

Kredit üçün müraciət

Borcalan zəmanət tələb olunan kredit sifarişi ilə müvəkkil banka müraciət edir.

2

Kreditin anderraytinqi

Müvəkkil bank borcalanın kredit sifarişinin Qaydaların tələblərinə uyğunluğunu yoxlayır, sifariş üzrə maliyyə kredit təhlili aparır və bunların əsasında müvəkkil bankın səlahiyyətli orqanı müvafiq qərar qəbul edir.

3

Kreditin verilməsi

Müvəkkil bankın səlahiyyətli orqanının qərarı müsbət olduqda, müvəkkil bank Fondun zəmanəti əsasında kreditin verilməsini həyata keçirir.

4

Kreditin zəmanət portfelinə daxil edilməsi

Müvəkkil bank kreditin zəmanət portfelinə daxil edilməsi üçün kredit barəsində məlumat formasını kredit müqaviləsi imzalandıqdan sonra 3 (üç) iş günü müddətində Fonda təqdim edir.

İstiqrazlar üzrə zəmanətin alinma mərhələləri

1

İstiqrazların buraxılışı

Zəmanətin verilməsi barədə qərar qəbul edildikdən sonra emitent tərəfindən qanunvericiliyə müvafiq qaydada istiqrazların emissiyası həyata keçirilir.

2

Zəmanət üçün müraciət

Fond tərəfindən zəmanətin verilməsi üçün emitent müvəkkil investisiya şirkəti vasitəsi ilə emissiya prospektinin layihəsini müvafiq sənədlərlə birlikdə Fonda təqdim edir.

3

Müraciətin qiymətləndirilməsi və zəmanətin verilməsi

Fondun səlahiyyətli orqanı müraciətə 10 (on) iş günü ərzində baxır və zəmanətin verilib-verilməməsi barədə qərar qəbul edir və 3 (üç) iş günü müddətində müvəkkil investisiya şirkətinə bu barədə yazılı bildiriş göndərir.

Zəmanət verilməsi üçün tətbiq olunan

minimal komissiya qiymətləri

Sahibkarlar tərəfindən manatla alınan kreditlərə görə zəmanət verildikdə, müvəkkil bank tərəfindən birdəfəlik 0,4% komissiya tutulur. Bu məbləğ, qanunvericiliklə müəyyən olunmuş maksimum 0,5% həddindən aşağı olaraq təsdiq edilmişdir.

Zəmanət komissiyaları üzrə bütün qiymətlər

Portfel zəmanət verilməsi üçün tətbiq olunan

minimal komissiya qiymətləri

Portfel zəmanəti qüvvədə olduğu dövrdə müvəkkil bank hesabat ayından sonrakı ayın ilk 5 (beş) iş günü müddətində illik komissiya barədə hesabatını Fonda təqdim edir və illik komissiyanı Fonda ödəyir.

Portfel zəmanət komissiyaları üzrə bütün qiymətlər

İstiqrazlar üzrə zəmanət verilməsi üçün tətbiq olunan

minimal komissiya qiymətləri

Zəmanət üzrə komissiya istiqrazların dövriyyə müddətindən asılı olaraq aşağıdakı qaydada təyin olunur:

İstiqrazlar üzrə zəmanət komissiyaları üzrə bütün qiymətlər

Kimlər Portfel zəmanəti mexanizmindən faydalana bilməz?

Sığorta şirkəti, kredit təşkilatı, investisiya şirkəti, investisiya fondu, investisiya fondunun idarəçisi, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxs, lombard, lizinq şirkəti, poçt rabitəsinin milli operatoru, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxs, habelə digər maliyyə institutları portfel zəmanətindən faydalana bilməz.


İpoteka kreditləri almaq üçün hara müraciət etmək lazımdır?

İpoteka kreditini almaq üçün Elektron Hökumət Portalında ( www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sisteminə gücləndirilmiş elektron imza (e-imza, asan imza) ilə qeydiyyatdan keçərək müraciət etmək olar.


İstiqrazlar üzrə zəmanət mexanizminin məqsədi nədir?

Emitentlər tərəfindən buraxılan korporativ istiqrazlar üzrə onların öhdəliklərinin icrasına Fondun zəmanət verməsi istiqrazların emissiyası yolu ilə maliyyə resurslarına alternativ çıxış imkanlarının genişləndirilməsi məqsədini daşıyır.


İpoteka kreditləri almaq üçün minimal əmək haqqına tələb varmı?

İpoteka kreditini almaq üçün Elektron Hökumət Portalında ( www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sisteminə gücləndirilmiş elektron imza (e-imza, asan imza) ilə qeydiyyatdan keçərək müraciət etmək olar.


Portfel zəmanəti mexanizmi dedikdə nə başa düşülür?

Portfel zəmanəti mexanizmi üzrə Fond tərəfindən təminat verilməsi mikro və kiçik sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədini daşıyır və müvəkkil banklarla risklərin bölüşdürülməsi aləti kimi çıxış edir.


Kimlər bu mexanizmdən istifadə edə bilər?

Qeyri-neft sektorunda fəaliyyət göstərən və Azərbaycan Respublikası ərazisində sahibkarlıq fəaliyyəti həyata keçirən korporativ istiqrazlar buraxmaq istəyən və Fondun tələblərinə cavab verən rezident kommersiya hüquqi şəxsləri bu mexanizmdən istifadə edə bilərlər.


İpoteka kreditləri hansı şərtlərlə verilir?

İpoteka kreditini almaq üçün Elektron Hökumət Portalında ( www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sisteminə gücləndirilmiş elektron imza (e-imza, asan imza) ilə qeydiyyatdan keçərək müraciət etmək olar.


Portfel zəmanəti mexanizmi üzrə kimlər müraciət edə bilər?

Portfel zəmanəti Azərbaycan Respublikası ərazisində sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə müvəkkil banka kredit sifarişi ilə müraciət edən mikro və ya kiçik sahibkarların öhdəlikləri üzrə verilir.


Mexanizm necə işləyir?

Fond tərəfindən zəmanətin verilməsi üçün emitent müvəkkil investisiya şirkəti vasitəsi ilə emissiya prospektinin layihəsini müvafiq sənədlərlə birlikdə Fonda təqdim edir.

Fondun səlahiyyətli orqanı müraciətə 10 (on) iş günü ərzində baxır və zəmanətin verilib-verilməməsi barədə qərar qəbul edir və 3 (üç) iş günü müddətində müvəkkil investisiya şirkətinə bu barədə yazılı bildiriş göndərir.

Zəmanətin verilməsi barədə qərar qəbul edildikdən sonra emitent tərəfindən qanunvericiliyə müvafiq qaydada istiqrazların emissiyası həyata keçirilir. İstiqrazlar üzrə zəmanətin alınma mərhələlərinə bax.


Borcalanın ilkin qiymətləndirilməsi üçün hansı sənədlər tələb olunur?

İpoteka kreditini almaq üçün Elektron Hökumət Portalında ( www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sisteminə gücləndirilmiş elektron imza (e-imza, asan imza) ilə qeydiyyatdan keçərək müraciət etmək olar.


Mexanizm necə işləyir?

Borcalan zəmanət tələb olunan kredit sifarişi ilə müvəkkil banka müraciət edir. Müvəkkil bank borcalanın kredit sifarişinin Qaydaların tələblərinə uyğunluğunu yoxlayır, sifariş üzrə maliyyə kredit təhlili aparır və bunların əsasında müvəkkil bankın səlahiyyətli orqanı müvafiq qərar qəbul edir.

Müvəkkil bankın səlahiyyətli orqanının qərarı müsbət olduqda, müvəkkil bank Fondun zəmanəti əsasında kreditin verilməsini həyata keçirir. Müvəkkil bank portfel zəmanəti verilmiş portfelə kreditin daxil edilməsi üçün kredit barəsində məlumat formasını kredit müqaviləsi imzalandıqdan sonra 3 (üç) iş günü müddətində Fonda təqdim edir.

Portfel zəmanəti qüvvədə olduğu dövrdə müvəkkil bank Fonda komissiya ödəyir. Portfel Zəmanəti üzrə komissiyalara bax.


Zəmanətin alınması üçün girov predmeti tələb olunur?

Zəmanətinin alınması üçün girov predmeti mütləq şərt deyil.


Kredit portfelinin təminatı mexanizmi üzrə kreditin şərtləri nədir?

Portfel zəmanəti üzrə kredit portfelinə daxil olan kreditin məbləği 5 000 (beş min) manatdan az və 50 000 (əlli min) manatdan çox, kreditin illik faiz dərəcəsi 20%-dən yüksək, kreditin müddəti 3 (üç) aydan az və 3 (üç) ildən çox olmamalıdır. Hər bir kredit portfelinə daxil olan kredit üzrə zəmanət məbləğinin həmin kredit üzrə əsas borc qalığına nisbəti 60% təşkil etməlidir. Portfel Zəmanətinin verilməsi şərtlərinə bax.


İstiqrazlar üzrə zəmanət mexanizmindən yararlanmaq üçün hara müraciət etmək lazımdır?

Emitent Fondla müqavilə imzalamış Müvəkkil investisiya şirkətilərindən birinə müraciət edə bilər. Müvəkkil investisiya şirkətilərin siyahısı saytda yerləşdirilmişdir. Müvəkkil investisiya şirkətlərinin siyahısına bax.


Hansı təyinatlı kreditlərə zəmanət verilir və zəmanət şərtləri necədir?

Portfel zəmanəti əsas və dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi məqsədilə alınmış kreditlərə verilir.



İstiqrazlar üzrə zəmanət mexanizminin şərtləri nədir?

Zəmanət verilən bir emissiya prospekti üzrə istiqrazların məcmu nominal dəyəri 300 000 (üç yüz min) manatdan az, istiqrazlar üzrə tədavül müddəti isə 7 (yeddi) ildən çox olmamalıdır. Bir emissiya prospekti üzrə zəmanətin yerləşdirilmiş istiqrazların məcmu nominalının və ya nominaldan aşağı qiymətlə yerləşdirildiyi (diskontla) halda onların ilkin yerləşdirmə qiymətinin (diskontlu qiymətinin) qalıq dəyərinə nisbəti 15%-dən az və 60%-dən çox olmamalıdır. İstiqrazlar üzrə zəmanətin verilməsi şərtlərinə bax.


Portfel zəmanəti mexanizmindən yararlanmaq üçün hara müraciət etmək lazımdır?

Sahibkar portfel zəmanəti üzrə kreditlərin alınması üçün Fondla müqavilə imzalamış müvəkkil banklardan birinə müraciət edə bilər. Müvəkkil bankların siyahısı ilə müvafiq keçiddə tanış ola bilərsiz. Portfel zəmanəti üzrə müvəkkil təşkilatlarının siyahısına bax.


Kimlər istiqrazlar üzrə zəmanət mexanizmindən faydalana bilməz?

Sığorta şirkəti, kredit təşkilatı, investisiya şirkəti, investisiya fondu, investisiya fondunun idarəçisi, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxs, lombard, lizinq şirkəti, poçt rabitəsinin milli operatoru, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxs, habelə digər maliyyə institutları portfel zəmanətindən faydalana bilməz.


Portfel zəmanətinə daxil edilən kreditlər üçün girov predmeti tələb olunur?

Portfel zəmanəti alınan kreditlər üçün girov predmeti mütləq şərt deyildir.


Daha çox

İpoteka kreditləşməsi üzrə
müvəkkil təşkilatlar

"Access Bank" QSC

Veb sayt: www.accessbank.az

Elektron ünvan: info@accessbank.az

Tel: 151

"Kapital Bank" ASC

Veb sayt: www.kapitalbank.az

Elektron ünvan: office@kapitalbank.az

Tel: (+994 12) 493 66 30; (+994 12) 493 79 05

"Azərbaycan Beynəlxalq Banki" ASC

Veb sayt: www.ibar.az

Elektron ünvan: ibar@ibar.az

Tel: (+994 12) 493 00 91; (+994 12) 493 40 91

Azərbaycan Sənaye Banki” ASC

Veb sayt: www.asb.az

Elektron ünvan: info@asb.az

Tel: (+994 12) 493 49 49; (+994 12) 493 14 16